- Baxış sayı: 42
- 20 Mart 2026 22:25
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

Azərbaycan millisinin hazırlıq planı dəqiqləşib.
Allsport.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş hazırlıq keçmək üçün stadionu da müəyyənləşdirib.
Millimiz sentyabrın 2-də və 3-də, saat 18:00-da “Azersun arena”da məşq keçəcək. Sentyabrın 4-də, saat 19:00-da isə Tofiq Bəhramov adına respublika stadionunda oyunöncəsi son məşq olacaq.
Komanda İsveç yığması ilə oyundan bir gün sonra – sentyabrın 6-da, saat 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Baş məşqçi Fernandu Santuş komandanı sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse futbol arenasında Slovakiya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Sentyabrın 8-də baş tutacaq qarşılaşmadan sonra komanda Bakıya dönəcək.