“Ferrari” yeni geyimini təqdim etdi – FOTO

İtaliyanın Formula-1 təmsilçisi “Ferrari”, pilotlar Lüis Həmilton və Şarl Leklerin 2026-cı il mövsümündə geyinəcəyi yeni yarış kombinezonlarını rəsmən nümayiş etdirib.

Allsport.az xəbər verir ki, Maranello təmsilçisinin sosial şəbəkə hesablarında paylaşılan şəkillərdə yeni geyimlərin dizaynı diqqət çəkib. Əsasən klassik qırmızı rəngdə olan kombinezonlarda çiyin, boyun və yan hissələrdə ağ rəngli elementlərin artırıldığı müşahidə olunur. Bu dəyişiklik yanvarın 23-də təqdim ediləcək yeni SF-26 bolidinin liveriyasında da ağ rəngin daha geniş yer alacağına işarə kimi qiymətləndirilir.

Həmin kateqoriyadan