“Ferrari”dən göndərildi

Formula-1 komandası “Ferrari” ehtiyat pilot qismində fəaliyyət göstərən çinli sürücü Quanyu Jouya göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Allsport.az xəbər verir ki, “Skuderiya”nın rəsmi açıqlamasında bu sözlər yer alıb: “Quanyu Jouya ehtiyat pilot kimi komandaya bağlılığına və fəaliyyətimizə verdiyi töhfələrə görə təşəkkür edirik. Ona gələcək işlərində uğurlar arzulayırıq”.

2024-cü il mövsümündə “Zauber”in heyətində 4 xal toplayaraq pilotların ümumi sıralamasında 20-ci olan idmançı, 2025-ci ilin fevralında ehtiyat sürücü kimi İtaliya təmsilçisinə qoşulmuşdu.

Həmin kateqoriyadan