Ferstappen hamını qabaqladı

“Red Bull”un pilotu Maks Ferstappen Formula-1 pilotları arasında keçirilən ənənəvi anonim səsvermədə 2025-ci il mövsümünün ən yaxşı sürücüsü seçilib.

Allsport.az xəbər verir ki, çempionluq titulunu Lando Norrisə (“Maklaren”) uduzmasına baxmayaraq, niderlandlı pilot ardıcıl beşinci dəfə həmkarları tərəfindən bir nömrə elan edilib. Səsvermədə 16 pilot iştirak edib, lakin Lüis Həmilton, Niko Hülkenberq, Lens Stroll və Yuki Tsunoda bu prosesə qatılmayıblar.

Həmkarlarının rəyinə əsasən 2025-ci ilin ən yaxşı 10 pilotu:

  1. Maks Ferstappen (“Red Bull”)
  2. Lando Norris (“Maklaren”)
  3. Corc Rassell (“Mersedes”)
  4. Oskar Piastri (“Maklaren”)
  5. Şarl Lekler (“Ferrari”)
  6. Karlos Sayns (“Uilyams”)
  7. Fernando Alonso (“Aston Martin”)
  8. Aleks Albon (“Uilyams”)
  9. Oliver Birman (“Haas”)
  10. İsak Həcər (“Rasing Bulls”)

Həmin kateqoriyadan