- Baxış sayı: 27
- 15 Aprel 2025 16:53
- Baxış sayı: 71
- Aprel 14, 2025
- 0
Serbiyanın Novı Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə qızlar mübarizəyə qoşulub. Bu gün millinin 2 üzvü xalçaya çıxıb.
Əsra Məmmədli (49 kq) 1/8 finalda belaruslu Angelina Burkina (5:0), 1/4 finalda isə rusiyalı Anna Zlobina (6:5) üzərində qələbə qazanıb. Məmmədli yarımfinalda türkiyəli Nil Aktaşa minimal fərqlə (3:4) məğlub olub. Esra sabah bürünc medal uğrunda Laura Boqatiç (Xorvatiya) – Alyona Kolubay (Ukrayna) görüşünün qalibiylə güləşəcək.
Fidan Babayeva (57 kq) debütdə serbiyalı Qabriyela Berkeçə heç bir şans tanımayıb – 9:0. Babayeva 1/4 finalda polşalı Maqdalena Siedidən güclü olub – 5:3. Babayeva finalın bir addımlığında gürcüstanlı Miranda Kapanadzeylə bacarmayıb – 0:8. Fidanın sabah üçüncü yer uğrunda qarşılaşmada rəqibi ya xorvatiyalı Lana Peziç, ya da rusiyalı Doljon Tsunquyeva olacaq.