- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AzAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Mətbuatda komandanın dağılması ilə bağlı iddialar peyda olub. Bu cür xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
– Biz də mətbuatdan belə informasiyaları oxuyurq. Və açığı, çox məyus oluruq. Çünki heç bir əsası olmadan, rəsmi mövqe öyrənmədən iddia edirlər ki, klub dağılır. Amma əslində isə komanda fəaliyyətini davam etdirir. Hazırda əsas məsələ heyətin komplektləşdirilməsi, gücləndirilməsidi. Məşqçilər də gündəlik fəaliyyətləri ilə bu məqsədə çatmaq üçün çalışır. Aktiv axtarış gedir. Demək olar, hər gün yeni mümkün keçidlər üzərində müzakirə aparırıq. Düzdü, bəzi futbolçularla razılıq əldə olunsa da, son anda onların keçidi baş tutmayıb. Amma bu o anlama gəlmir ki, biz statik vəziyyətdəyik, çəkilib sakitcə bir kənarda dayanmışıq. Məşqçilər yorulmadan çalışır. Heyətin komplektləşdirilməsi ilə bağlı gündəlik müzakirələr gedir. Yaxın günlərdə rəsmi müqavilə bağlayacağımız futbolçular da olacaq. Bildiyiniz kimi, mövsümün sonunda 2 futbolçu ilə müqaviləni uzatdıq. Kərim Diniyev və Şəhriyar Rəhimovla yeni anlaşma əldə etdik. Bir çox futbolçuların klubla müqavilələri davam edir, onlarla yola davam edirik. Bir sözlə, klub haqda yayılan məlumatlar əsassızdır. Biz bu tip məlumatlara məhz heç bir əsası olmayan informasiya kimi yanaşırıq. Və media işçilərindən xahiş edirik ki, bundan sonrakı informasiyalarında klubun rəsmi şəxslərinə istinadən məlumat versinlər.
– Bir müddət öncə komandanın aparcı futbolçuları – Rəşad Abdullayevlə Kamal Bayramov klubdan ayrılıb. Bu transferləri də komandadakı maliyyənin qeyri-sabit olması ilə bağlayırlar.
– Əlbəttə, Rəşad bizim kapitanımız, aparıcı futbolçumuz idi. O, “Rəvan”dan ayrılıb futbolsuz qalanda AZAL PFK onu komandaya dəvət elədi. İlyarım ərzində Rəşad Abdullayev bizdə özünü təcrübəli və peşəkar futbolçu kimi ən yaxşı tərəfdən göstərdi. Komandaya çox xeyri dəydi. Xüsusən son mövsümdə bəlkə də karyerasının ən yaxşı sezonlarından birini keçirdi. Biz ondan tam razı idik. Müqavilə müddəti bitməmişdən öncə ona yeni saziş təklif etik. O da müəyyən şərtlər irəli sürmüşdü. Çempionatın sonunda onun başqa kluba keçməsi futbolçunun öz seçimidir. Biz bu seçimə hörmətlə yanaşırıq. İlyarım əvvəl bizi seçmişdisə, indi başqa klubu seçib.
Kamala gəlincə, “Araz Naxçıvan” fəaliyyətini dayandırandan sonra məşqçilərin istəyi ilə komandaya cəlb olunmuşdu. Onun müqaviləsi var idi. Amma özü getmək istədiyini dedi. Biz də heç bir əngəl yaratmadıq. Hər 2 futbolçuya böyük hörmətimiz var, hər ikisinə uğurlar arzu edirik. Amma AZAL PFK onların yerini dolduracaq, onları layiqincə əvəzləyəcək, komandaya güc qatacaq yeni futbolçular cəlb etməklə boşluğu aradan qaldıracaq. Bu futbol həyatıdır. Futbolçuların başqa kluba keçməsi öz ixtiyarlarındadı. Biz də buna hörmətlə yanaşırıq. Daha maliyyə problemlərini qabardıb onların ayrılmasına başqa don geyindirmək lazım deyil.
– Yayılan söz-söhbətlərə görə, komandada maliyyə problemi var: futbolçuların maaşı verilməyib. Ona görə də çox şeyi maliyyə problemi ilə bağlayırlar.
– Bütün klublarda olduğu kimi, bizdə də müəyyən çətinkliklər oldu. Amma mövsümün sonunda futbolçulara maaşlarının müəyyən hissəsini verdik. Hazırlıq başlayandan sonra bununla bağlı digər məsələləri də həll etməyə çalışacağıq.
– Komandanın gələcək planları necədi? Nə kimi işlər görülür? Yay hazırlığı necə olacaq?
– Təbii ki, biz də boş dayanmırıq. Məşqçilər transfer etmələrini istədikləri oyunçuların adını bizə verib, iş gedir. Yeni futbolçular olacaq. Həm yerli, həm də əcnəbi. İyunun 20-də məşqlərə başlayanada onların da düşərgəmizdə olmasına çalıçacağıq. Ölkə daxilində və ölkə xaricində toplanış keçmək planımız var. Onun icrası üzərində işlər gedir. Baxışa dəvət etmək istədiyimiz oyunçularla danışıqlar gedir. Onların siyahısı da məlumdur. Ad çəkmək istəmirəm. Amma yaxın zamanlarda bağlanılan müqavilələrlə boş dayanmadığımızı hamı görəcək. Sonda onu da deyim ki, AZAL PFK həmişə olduğu kimi ölkə çempionatında layiqincə mübarizə aparacaq, həmişə olduğu kimi futbolun inkişafı yolunda fəaliyyətini davam etdirəcək. Ümidvaram ki, qarşıda görəcəyimiz işlər son vaxtlar yayılan xəbərlərə layiqli cavab olacaq.