“Finala qədər bütün görüşlərimi tam üstünlüklə başa vurdum”

Serbiyanın Novı Sad şəhərində gənclərin qitə birinciliyində 92 kq-da Anar Cəfərli 2-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, o, Heydər Əliyev beynəlxalq aeroportunda çıxışını belə qiymətləndirib:

“Bütün komanda yoldaşlarımı təbrik edirəm. Daha yüksək nəticə göstərə bilərdik. İnşallah, dünya çempionatında daha uğurlu çıxış edərik. Finala qədər bütün görüşlərimi tam üstünlüklə başa vurdum.

Finalda cüzi səhvdən qələbəni əldən verdim. Federasiya rəhbərliyinə, gənclər və idman nazirliyinə, yığmanın məşqçilərinə, şəxsi məşqçimə və valideynlərimə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan