AÇ-də finala yüksəldilər

Gəncə idman sarayında keçirilən aerobika üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə təsnifat mərhələsi keçirilib. İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat çıxışlarını tamamlayıblar.

Bu növdə millinin öncül cütlüyü Mədinə MustafayevaVladimir Dolmatov təsnifat mərhələsindəki çıxışlarına əsasən finala yüksəlib. Həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.

1-ci yerə İtaliya, 2-ci yerə Rumıniya, 3-cü yerə isə İspaniya komandaları layiq görülüblər.

Həmin kateqoriyadan