- Baxış sayı: 68
- 01 Mart 2026 12:23
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan komandası VI İslam həmrəyliyi oyunlarında finala vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda millimiz bu gün Əfqanıstan yığması ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız üç qələbə ilə finala yüksəlib.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycanın rəqibi Türkiyə yığması olacaq.