- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Solt-Leyk-Siti şəhərində ağırlıqqaldıranların ABŞ ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış həm də Rio olimpiadasına rəsmi seçim xarakteri daşıyıb. Məhz bu rəqabətdə özlərini yaxşı tərəfdən göstərən idmançıların milli komandanın ehyətində Braziliyaya yollanmaq şansı böyük olacaq. Çempionatda 323 atlet iştirak edib ki, onlardan 155-i qadın, 168-i isə kişi olub.
Yarışda “Finiks-Zirvə” təmsilçisi Aleks Li də 69 kq çəki dərəcəsində çıxış edib. Gözlənildiyi kimi, o, növbəti dəfə ABŞ çempionu adını qazanıb. Aleks birdən qaldırmada 135 kq, təkanla qaldırmada isə 177 kq-lıq ştanqı başı üzərinə qaldırıb. Toplam 312 kq (135+177) nəticə göstərən “zirvəçi” ABŞ çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla yanaşı, Aleks Li 177 kq çəkini ram etməklə bu hərəkətdə ABŞ rekordunu yeniləyib. Maraqlıdır ki, bu çəki dərəcəsində birdən qaldırmadakı rekord da ona məxsusdur.