Firdovsi Umudov Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirib

2-7 mayda Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər 3 növ üzrə komandalarımız mübarizə aparacaqlar. İlk günlərdə “sərbəstlər” və qadınlar çıxış edəcəklər.

Adı ilk çəkilən yığmamız Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edirlər. İtaliya millisinin üzvü, Rio olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da qitə çempionatına Bakıda hazırlaşır.

Bu gün keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov heyəti elan edib: calışdırıcı Arif Abdullayevin və Sədrəddin Ayqubovun rəhbərliyi ilə Dunay sahili ölkəyə Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinoməhəmməd Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yollanacaqlar.

Həmin kateqoriyadan