- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ölkəmizə gəlib. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində qonaq yığma komandalarımızın təlim-məşq bazasında olub. Onu AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudov qarşılayıb. O, serbiyalı qonağa burada yaradılan şərait barədə məlumat verib.
Bildirib ki, dünyanın ən böyük təlim-məşq bazalarından biri olan Olimpiya Güləş Mərkəzində yerləşdirilmiş 14 güləş xalçasında eyni zamanda hər üç güləş komandasının məşq etmək imkanı var. Hazırlıq üçün bütün lazımi infrastrukturla, məşq ləvazimatları, trenajorlarla təchiz olunub. 2012-ci ildən etibarən Azərbaycan güləş yığma komandaları ilə yanaşı, dünyanın aparıcı güləş ölkələrinin komandaları da burada təlim-məşq toplanışları keçir.
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç idmançıların beynəlxalq arenada əldə etdiyi nailiyyətlərin kökündə yüksək hazırlıq şəraitinin olduğunu və bu baxımdan Azərbaycan güləşçilərinin şanslı olduğunu deyib: “Azərbaycan Güləş Federasiyasının belə bir təlim-məşq bazasına sahib olması Dünya Güləş Birliyi olaraq bizi çox məmnun edir. Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir. Ölkənizdə idmana, xüsusən güləşə böyük maraq var. Biz Azərbaycan Güləş Federasiyasının Dünya Güləş Birliyindəki mövqeyini yüksək qiymətləndiririk. Güləşçilərinizin daim yüksək əyarlı medallara iddialı olması məhz ölkə rəhbərliyi və federasiya tərəfindən yaradılan şəraitdən qaynaqlanır”.
Sabah qonaq sabah Rusiya Federasiyası Dağıstan Resbublikasının Kaspiysk şəhərində start götürəcək güləş üzrə Avropa çempionatına yola düşəcək.