- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sərbəst və yunan-Roma üsulu ilə çıxış edə yığma komandalarımız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat üçün açıq məşq keçirildi. Hazırlığın gedişində AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb:
“Hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir. Yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir. Fevralın əvvəlində sərbəst güləşçilərimizin də İranda keçiriləcək turnirdə iştirakı gözlənilir. Sonra isə yığma komandalarımız Kiyevdə yarışda iştirak edəcəklər. Orda həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Bu il sərbəst güləş yığmamız həm də ABŞ-da keçiriləcək dünya kubokunda qüvvəsini sınayacaq. Məhz İran və Ukraynadakı turnirlərdən sonra biz Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik”.
“Bu qaydada davam edəcəyik. Dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Rövşən Bayramovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza – Əşrəf Əliyevlə Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və istəklidirlər. Öz bilik bacarıqlarını yığmada davam etdirəcəklər. Hədəfimiz dövlətimiz, millətimiz üçün çalışmaqdır. Ölkə rəhbərliyi səviyyəsində bütün idman növlərinə nəzarət olunur. Güləş isə xüsusi nəzarətdədir. Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı bizi daha da ruhlandırır, qələbəyə sövq edir. Biz də çalışıb, etimadı doğrultmalı, nəticələrimizlə hamını sevindirməliyik”.
“Federasiya prezidentinin mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Əsas hədəflərimizdən biri yığmada dəmir nizam-intizamın olmasıdır. Bu, uğurun əsas “açarıdır”. Bunu idmançılarımıza da demişəm. Hər bir idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdır”.