- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
20-23 fevralda Bakı İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün hakimlər və yarışda iştirak edəcək komandaların məşqçiləri üçün seminar keçirilib.
AGF-nin 1-ci vitse-prezidenti Firdovsi Umudov və baş katib Orxan Məmmədovun iştirak etdiyi toplantıda çempionatın əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, yeniyetmə və gənclər bu ildən etibarən yeni çəki dərəcələri üzrə mübarizə aparacaqlar. Yeniyetmə güləşçiləri cari ilin apreldə Kiyevdə keçiriləcək lisenziya xarakterli Avropa çempionatı və oktyabrda Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək 3-cü 0limpiya 0yunları gözləyir.
AGF 1-ci vitse-prezidenti Firdovsi Umudov həm hakimlərin, həm də çempionatda iştirak edən komandaların məşqçilərinin ilk növbədə yarışların reqlamentinə və nizam-intizama riayət etmələrinin vacibliyinə toxunub: “Yeniyetmə güləşçilər bizim gələcəyimizdir. Onlar gələcəyin Avropa və dünya çempionatları, olimpiya oyunlarının iştirakçısı və mükafatçılarıdır.
Təməl nə qədər sağlam və güclü olarsa gələcəkdə nailiyyətlərimiz də bir o qədər çox olar. Bu çempionat həm də seçim xarakteri daşıyır. Biz ilk növbədə güclü heyət formalaşdırmalı, ardınca apreldə keçiriləcək lisenziya xarakterli Avropa çempionatında maksimal sayda vəsiqə qazanmalıyıq. Hamılıqla çalışmalıyıq ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bizə göstərdiyi etimadı doğruldaq, qazanacağımız yüksək əyarlı medallarla xalqımızı və bütün güləşsevərləri sevindirək”.