FOTO
Firdovsi Umudovdan növbəti qəhrəmanlıq: farsların bayraq təxribatının qarşısı alınıb

Xəbər verdiyimiz kimi, Arazın o tayında sərbəst güləşçilərin dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, Kirmanşah şəhərində keçirilən yarışda Azərbaycan millisi də mübarizə aparır. Farslar adəti üzrə yenı bizə qarşı təxribata əl atıblar: ölkəmizdə həssas olan bayraq məsələsində qərəz mümayiş etdiriblər; Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda yer alan komandamız salamlamaya cıxarkən, təşkilatçıları təmsil edən bələdçi Azərbaycan adına qəribə bayraqla görünüb –  ölçü və rəngdə tələblərə cavab verilməyib, aypara və 8 guşəli ulduz ortada deyil, qıraqda yerləşdirilib.

Molla rejiminin təxribatını dərhal hiss edən millimizin baş məşqçi əvəzi Firdovsi Umudov məsələyə öz etirazını bildirib. Bundan sonra farslar söz veriblər ki, çatışmamazlıq həllini tapacaq. Əlavə problem yaranmaması üçün, bizimkilər mehmanxanadan öz bayrağımızı gətiriblər. Milli, problemli məsələlərdə daim önə keçən titullu mütəxəssis hər zaman vətənpərvərliyi ilə digərlərinə örnək olub. Kirmanşahda ona millimizin əvəzolunmaz məşqçisi Arif Abdullayev də dəstək olub.

Qeyd edək ki, bahadırlarımız ilk görüşdə rusiyalı həmkarları ilə 4:4 ediblər. Xalların keyfiyyətinə görə bizimkilər qalib sayılıblar (32:29).

Həmin kateqoriyadan