- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rusiya Federasiyası Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan bahadırları da iştirak edib.
Firdovsi Umudovun baş məşqçilik etdiyi komanda uğurlu nəticə göstərib. Gərgin rəqabətdə olimpiya çempionumuz Şərif Şərifov (97 kq) 2-ci, Georgi Edişeraşvili (57 kq) 3-cü və Aleksandr Qostiyev (86 kq) 5-ci yerləri tutublar.
I-S dərəcəli hakim Hicran Şərifov bu yarışda Dünya Güləş Birliyinin münayəndəsi olub. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq referi Zaur Şərifov (2-ci dərəcə) təmsil edib.