- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

İstanbulda Yaşar Doğunun xatirəsinə sərbəst və qadın güləşçilərin 45-ci beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi ilə bizdən 5 bahadırımız mübarizə aparıb; onlardan 3-ü yarışı medalla başa vurub.
Qızıl medalları millimizə Qalib Əliyev (61 kq) və Aslanbəy Alborov (97 kq) qazandırıblar. Hər 2 güləşçimiz finalda Türkiyə təmsilçisini üstələyiblər. 57 kq-da Mahir Əmiraslanov gümüş medalla kifayətlənib.
Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra 3-cü olub. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Vüqar Şükürov təmsil edib.