Firdovsi Umudovun komandası Tiflis Qızıl qran-prisində qüvvəsini sınayacaq

10-11 iyunda Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə Qızıl qran-pri seriyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda adı ilk çəkilən növ üzrə millimiz iştirak edəcək. Baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə turnirə 10 bahadır yollanır.

Heyətdə Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hər üçü – 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (86 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı təmsil edəcək.

Həmin kateqoriyadan