Firdovsi Umudovun komandası Yaşar Doğunun xatirə yarışında da uğur qazanacaqmı?

10-12 martda İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə 45-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda ölkəmiz adı ilk çəkilən növdə təmsil olunacaq.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi ilə bizdən Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbəy Alborov (97 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində 2-ci dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yer alıb. Qeyd edək ki, millimiz ötən ay Arazın o tayında keçirilən dünya kubokunda 3-cü yer tutub.

Həmin kateqoriyadan