Firdovsi Umudovun komandasından ilk gündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal

Dağıstan Respublikasının Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq yarışın ilk günü başa çatdı. Allsport.az saytı xəbər verir ki, 10 ölkədən 76 nəfərin iştirak etdiyi tutaşmada 6 bahadırımız fəxrü kürsüyə çıxdı.

Arif Abdullayevli millimizdən Mahir Əmiraslanov (57 kq), Aslanbəy Alborov (97 kq) 1-ci, Ağahüseyn Mustafayev (65 kq) 2-ci, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hər ikisi – 57 kq), Məhəmməd Müslümov (65 kq) 3-cü və İsmayıl Abdullayev (74 kq) 5-ci oldular.

Həmin kateqoriyadan