Firdovsi Umudovun komandasından növbəti medal – Aslanbəy Alborov 3-cü oldu

Fransa paytaxtında güləş üzrə dünya çempionatı sona çatıb. Allsport.az saytı xəbər verir ki, dünən Hacı Əliyevin (61 kq) sayəsində qızıl medal qazanan Firdovsi Umudovun komandası bu gün daha bir mükafat qazanıb.

Aslanbəy Alborov (97 kq) yarımfinala qədər inamla irəliləyib. Finala çıxışda ABŞ-lı olimpiya və dünya çempionu Kayl Snayderə uduzan bahadırımız, 3-cü yer uğrunda görüşdə qazaxıstanlı həmkarına 3:2 qalib gəlib.

Cəbrayı Həsənov (74 kq) da fəxri kürsüyə çıxmağa yaxın olub. O, həlledici qarşılaşmada türkiyəli Sönər Dəmirdaşa yenilib.

Ağahüseyn Mustafayev (57 kq) və Hacımurad Ömərov (70 kq) mübarizəni erkən dayandırıblar.

Həmin kateqoriyadan