- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
Beynəlxalq Akademik Avarçəkmə Federasiyası milli mandamızın üzvü Boris Yotovu dekabr ayının yüksələn ulduzu (“Rising star”) seçib. Allsport.az saytı məlumat verir ki, bununla bağlı FİSA-nın rəsmi saytında yazı və idmançının özü ilə blits-müsahibə yerləşdirilib. Xəbərdə deyilir:
“18 yaşlı Boris Yotov Azərbaycanın perspektivli avarçəkənidir. O, 2013-cü ildə yeniyetmələr arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Bu il Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla gümüş medala sahib olub.
O, artıq yüksək səviyyəli idmançı olduğunu böyüklər arasında builki Avropa və Dünya Kubokunda 2 nəfərlik qoşa avarlı qayıqla yürüşdə gümüş medal qazanmaqla göstərib. Bu səbəblərdən FİSA Yotovu avarçəkmə dünyasında yüksəlişdə olan idmançı seçib”.