- Baxış sayı: 24
- 26 Mart 2026 18:28
- Baxış sayı: 41
- Mart 26, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Rəşad Əyyubov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək oyunöncəsi fikrini bildirib.
Allsport.az xəbər verir ki, gənc mütəxəssis komandasının fiziki baxımdan hazır olduğunu deyib:
“Bəzi oyunçularımız əvəzedicilər liqasında, bəziləri I liqada, bəziləri isə premyer liqada çıxış edirlər. Bu səbəbdən komandanı balanslaşdırmağa çalışdıq. Düşünürəm ki, fiziki baxımdan oyuna hazırıq. Taktiki baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Futbolçulara daim deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır”.
Martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlanacaq.