- Baxış sayı: 27
- 26 Mart 2026 21:55
- Baxış sayı: 241
- Mart 26, 2026
- 0

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Allsport.az xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb. O, premyer liqanın XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.