Formula-1-də yeni mühərrik reqlamenti

Formula-1 mühərrik istehsalçıları “Mersedes”in mühərriki ətrafında yaranan mübahisələrdən sonra yeni kompromis variant əldə ediblər.

Allsport.az xəbər verir ki, reqlamentə edilən düzəlişlər iyunun 1-dən qüvvəyə minə bilər.

Yeni qaydaya əsasən, mühərrikin sıxılma dərəcəsi həm otaq, həm də işlək temperaturda (130°C) ölçüləcək. 2027-ci ildən isə yoxlamaların yalnız “isti” rejimdə aparılması planlaşdırılır. Bu addım “Mersedes”in texniki həllindən doğan potensial üstünlüyünü aradan qaldırmağa yönəlib.

Həmin kateqoriyadan