- Baxış sayı: 87
- 21 Yanvar 2026 23:43
- Baxış sayı: 87
- Yanvar 21, 2026
- 0

Fransa millisi DÇ-2026 vəsiqə qazandığı təqdirdə, Braziliya komandası ilə yoldaşlıq matçı keçirəcək.
Allsport.az xəbər verir ki, komandaların qarşılaşması gələn ilin martın 28-nə planlaşdırılır. Oyunun ABŞ-nin Boston şəhərindəki, gələn il mundialın matçlarına ev sahibliyi edəcək “Sillet” stadionunda keçiriləcəyi ehtimal olunur.
Matçın keçirilmə tarixi hələlik təsdiqlənməyib, çünki Fransa hələ DÇ-2026-da iştirakını rəsmən təmin etməyib. Didye Deşamın rəhbərlik etdiyi yığma noyabrın 16-da millimizin qonağı olacaq.