- Baxış sayı: 16
- 04 Fevral 2026 15:26
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0
Fransa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar yurdu Azərbaycan” (Land of fire Azerbaijan) formalı “Lans” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. 5 qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram ediblər – 3:2. Beləcə, “Azərbaycan klubu” ölkə kubokundakı çıxışını başa vurmalı olub.
Maraq üçün qeyd edək ki, “Lans” kubok görüşündə ənənəvi Azərbaycan reklamı ilə çıxmayıb. Çox güman ki, yeni mövsümdən “Odlar yurdu Azərbaycan” reklamı sadəcə, çempionat oyunlarına şamil olunur.