- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Fransanın Sen Loren du Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 3-cü mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutub.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri dünya seriyasının 3-cü mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.
4-cü mərhələ 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək.