- Baxış sayı: 138
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

2030-cu ildə futbol üzrə dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Allsport.az xəbər verir ki, bu barədə qərar FİFA-nın bu gün keçirilən konqresində qəbul edilib.
Bu, birdən çox qitədə baş tutacaq ilk dünya çempionatı olacaq. Üç ev sahibi ölkədən əlavə, dünya çempionatının üç oyunu Cənubi Amerikada – Uruqvay, Paraqvay və Argentinada keçiriləcək.
Futbol üzrə sonuncu dünya çempionatı 2022-ci ilin qışında Qətərdə keçirilib. Turnirin hazırkı qalibi Argentina millisidir. 2026-cı ildə turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.