- Baxış sayı: 43
- 11 Mart 2026 22:35
- Baxış sayı: 44
- Mart 11, 2026
- 0

Estoniyanın “Nomme Kalyu” klubu ölkə çempionatının 21-ci turunda “Levadiya” ilə matçda maraqlı addım atıb. Allsport.az xəbər verir ki, komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver Roosnuppu əvəz edib.
Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov girib. Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır.
Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib. Qarşılaşma “Nomme Kalyu”nun məğlubiyyəti ilə yekunlaşıb – 1:2.