“Futbolçular istədiklərimizi həyata keçirə bildilər”

Azərbaycan premyer liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (5:2) sonra Gəncə klubunun baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, oyunun çətin keçdiyini deyib:

“Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir. Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldi. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apara-apara qalib gəldik. Futbolçular meydançada istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran öz azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var”.

Həmin kateqoriyadan