- Baxış sayı: 38
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

Çempionlar liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” (1:6) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:
“Təəssüf ki, bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım buraxılan ilk qollardan sonra özlərini toparlaya bilmədilər. Rəqib çox sürətli oynayan komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevrala qədər çempionlar liqası matçları Azərbaycanda keçirildi”.