- Baxış sayı: 23
- 22 Dekabr 2024 17:41
- Baxış sayı: 158
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XVIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:1) sonra qonaqların baş məşqçisi Samir Abbasov mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, matç haqda bunu deyib:
“Azarkeşlərə təşəkkür edirəm, bu soyuqda uzun yol gəlib bizi dəstəklədilər. Matça gəlincə, ilk hissədə rahat idik, oyuna nəzarət edirdik. Bununla belə, ikinci hissənin əvvəllərində qapımızda qol gördük. Oyunun gedişində Boqomolski ilə Ozobiçin yorulub oyundan qopmaları da özünü göstərdi. Bununla da ajiotajı rəqibə verdik. Futbolçularım sağ olsunlar, mübarizə apardılar. Burada oynamaq çətindir. 10-12 günlük istirahət edəcəyik. Düşünürəm ki, buna bizim də, futbolçuların da ehtiyacı var. Bir az rahatlaşmalı, dincəlməlidirlər. Yanvarın 19-dakı rəsmi oyunumuza qədər vaxtımız var. İşimizi buna görə quracağıq”.