- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.
Düsseldorf klubu səfərdə “Leypsiq”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Toğrul görüşün 46-cı dəqiqəsindən etibarən meydanda olub.
Qeyd edək ki, “Fortuna” hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.