- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan lanoe və avarçəkmə federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə Qarabağda ilk dəfə Füzulidə beynəlxalq “Mingəçevir reqatası” öncəsi yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.
Allsport.az saytı xəbər verir ki, tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və yarış haqqında sakinlərə məlumat verilib. AKAF buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda “Prezident kuboku” və “Mingəçevir reqatası” kimi beynəlxalq yarışlar keçirib.
Federasiya daha bir ilkə imza ataraq “Mingəçevir Reqatası-2024”-ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək. Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.