- Baxış sayı: 24
- 30 Mart 2025 18:56
- Baxış sayı: 54
- Mart 24, 2025
- 0
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ayxan Abbasov Antalyada baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra affa.az saytına fikrini bildirib.
Allsport.az xəbər verir ki, Abbasov gələcəyə ümidli olduqlarını deyib:
“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara fürsət verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.
U-21 milli toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).