- Baxış sayı: 33
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının “Gəncə” və “Sabah” arasında finalın 4-cü oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, zədə səbəbindən kapitan Amil Həmzəyev bu matçda iştirak etməyib. Buna rəğmən, qonaqlar oyuna sürətli başlayıblar.
Start beşlikdə oyuna başlayan komanda üzvləri ilə sona qədər mübarizə aparan “sarı-göylər”, qarşılaşmanın yekununda “Sabah” üzərində 93:90 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Gəncə” ümumi hesabı 2:2 edib.
Ən məhsuldar basketbolçular “Gəncə”də Kollin Törner (25 xal, 9 götürmə) və “Sabah”da Entoni Patti (27 xal, 7 götürmə) olublar.
Final sıralamasının 5-ci oyunu 30 mayda baş tutacaq.