- Baxış sayı: 3
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 57
- Noyabr 21, 2024
- 0
Sərhədçi idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması baş tutub.
Allsport.az xəbər verir ki, “Gəncə” və NTD-nin üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin, oyunun 2-ci hissəsində 20 xallıq fərqdən geri dönüş edən NTD oyunu əlavə vaxta aparsa da, bu zaman “Gəncə” 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu “Gəncə” komandasının oyun qurucusu Kollin Törner seçilib.
Ən məhsuldar basketbolçular: “Gəncə” (Kollin Törner – 38 xal, 13 götürmə), NTD (Zak Hadson – 20 xal, 8 götürmə)
Mükafatlandırma mərasimində GİN-nin nazir müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku “Gəncə” komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib