- Baxış sayı: 53
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində basketbol üzrə ölkə çempionatının 26-cı turunun açılış oyunu baş tutub. “Neftçi” və “Gəncə” komandalarının qarşılaşdığı gərgin matçda, gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyə 3-lüyü ilə komandasına 87:86 hesablı qələbə qazandırıb. Bu qələbə ilə “Gəncə” ilk “4-lük”dəki yerini təmin edib.
Ən məhsuldar basketbolçular: “Neftçi” (Möhsün Moradxani- 23 xal, 8 götürmə), “Gəncə” ( Kollin Törner – 24 xal, 9 ötürmə)
Turun digər oyunları ( “Sabah” – NTD, “AAAF Xırdalan” – “Sərhədçi”, “Zirvə Astara” – “Olimpik Şəki” ) 15 və 16 aprel tarixlərində baş tutacaq.