- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gəncədə əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə böyüklər arasında 29-cu açıq Respublika turniri keçirilib. Allsport.az xəbər verir ki, hər il keçirilən turnir əməkdar məşqçi İsax Cəfərovun xatirəsini yad etmək və idmançıların ustalıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AGF, Federasiyanın 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir Gəncə Olimpiya Kompleksində baş tutub. Yarışda Azərbaycanın bütün regionlarından, həmçinin qonşu Gürcüstandan ümumilikdə 131 pəhləvan mübarizə aparıb.
İki gün davam edən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmməd Abdullayev (57 kq, Qax), Mircəlal Həsənzadə (61 kq, Abşeron, Neftçi İK), Fuad Məmmədov (65 kq, Gəncə, DİN İC), Omari Qurjidze (70 kq, Gürcüstan), Şöhrət Abakarov (74 kq, Zaqatala), Maki Şimaniya (86 kq, Gürcüstan), Murad Şəfizadə (97 kq, 6 saylı UGİM) və Etibar Yaqubov (125 kq, Şəmkir) yüksəlib.
Qaliblər diplom, medal və mükafatlarla təltif ediliblər.