- Baxış sayı: 97
- 28 Dekabr 2025 16:38
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Noyabrın 14-də Gəncə idman sarayında aerobika üzrə 14-cü Avropa çempionatı start götürüb.
Allsport.az saytı xəbər verir ki, açılışda Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış ediblər.
Noyabrın 16-dək davam edəcək çempionatda 18 ölkədən 151 gimnast iştirak edir. İdmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında çıxış edirlər.