- Baxış sayı: 48
- 26 Noyabr 2024 21:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Güləş məşqçilərinin ümumrespublika seminarı davam edir.
Allsport.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Gəncə şəhərində keçirilib. Tədbirdə bu şəhərin, eləcə də Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonunun güləş üzrə məşqçi-müəllimləri iştirak edib.
Seminarın həm nəzəri, həm də praktiki hissəsi Gəncə idman liseyində baş tutub. Gəncə-Daşkəsən regional gənclər və idman idarəsinin idman şöbəsinin rəisi Vüqar Xəlilov artıq ənənəvi şəkildə keçirilən seminarın güləşin inkişafında böyük rol oynadığını deyib. Hakimlər kollegiyasının sədri Qərib Əliyev yarış qaydalarından, çəki dərəcələri, xalçadan çıxma və s. mövzudan danışıb. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov yığma komandalara cəlb edilən güləşçilərin fiziki hazırlığı, çəkisalma və çəkidəyişmə problemlərinə diqqət ayrılıb. Daha sonra I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərlə müxtəlif görüşlərdə verilən hakim qərarlarını şərh edib.
Tədbirin praktiki hissəsində N.Əlicanov sərbəst güləş, N.Əhmədov isə yunan-Roma güləşi üzrə məşq keçib.
Güləş məşqçilərinin ümumrespublika seminarının növbəti mərhələsi sabah Tərtər şəhərində keçiriləcək.