- Baxış sayı: 28
- 03 Fevral 2026 22:01
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Gəncə idman sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.
Allsport.az xəbər verir ki, Azərbaycan güləş federasiyası yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edir.
Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan güləş federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.
İmza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.