- Baxış sayı: 33
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan həmkarlar ittifaqları konfederasiyasında (AHİK) Azərbaycan basketbol federasiyasının (ABF) nümayəndələri ilə görüş keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə, elm və təhsil işçiləri həmkarlar ittifaqı respublika komitəsinin (ETİHİ) sədri Araz Paşayev və ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov iştirak ediblər.
Toplantı zamanı “Gəncə” basketbol klubunun idarəçiliyi və fəaliyyət planları ətraflı müzakirə olunub və yekun qərara əsasəsn klubun idarəçiliyi ETİHİ-yə verilib. Bu yeni idarəçilik sisteminin “Gəncə” klubu üçün seçilməsində əsas səbəb, son üç mövsüm ərzində klubun göstərdiyi yüksək nəticələrdir. Beləki, klub 2022/23 mövsümündə Azərbaycan basketbol liqasında (ABL) final oynamış və həmin mövsüm Azərbaycan kubokun qalibi olmuşdur. Son mövsümdə də uğurlu çıxışını davam etdirən “Gəncə”, “B” qrupundan “A” qrupuna vəsiqə qazanmışdır. Bundan əlavə Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm sənaye, ticarət və mədəniyyət mərkəzidir. Üstəlik bu il MDB oyunları da məhz Gəncə şəhərində keçiriləcəkdir. Şəhər əhalisinin də idmana olan böyük marağı, klubun inkişafına təsir göstərən önəmli amillərdəndir. Vurğulamaq lazımdır ki, qeyd olunan bütün bu məqamlar region klubunun gələcək potensialından xəbər verir.