- Baxış sayı: 222
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Noyabrın 9-dan 11-dək aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, Gəncə idman sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast qitə birinciliyi uğrunda mübarizə aparıb. Yarışın ilk iki günündə idmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və “aerodans” proqramlarında təsnifat mərhələsində çıxış ediblər. İkinci yarış günündə komanda hesabında mükafatlandırma mərasimi keçirilib.
Sonuncu gündə isə çempionatın final mərhələsi keçirilib.