- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0

Gənc ağırlıqqaldıranlardan ibarət yığmamız təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan millimiz çalışmaları ara vermir.
Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa birinciliyində iştirak edəcək komandamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədir.
Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şərait, məşq və ümumi hazırlıq imkanlarından razılığını bildirib.