- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Barselona”nın gənc müdafiəçisi Mamadu Mbakke Fall karyerasını başqa klubda davam etdirə bilər.
Allsport.az xəbər verir ki, mərkəz müdafiəçisi ilə İsveçrənin “Bazel” və Çexiyanın “Slaviya” klubları yaxından maraqlanır.
23 yaşlı seneqallı tez-tez əsas komanda ilə məşq etsə də, baş məşqçi Hansi Flikdən dəvət ala bilməyib.
Müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun yanvarda satılması gözlənilir. Kataloniya klubu maliyyə balansını qorumaq üçün bu transferə razıdır. Mbakke bu mövsüm əvəzedici heyətdə 9 matçda iştirak edib.