- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
27 iyun-2 iyulda Almaniyanın Dortmund şəhərində gənclərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk iki yarış günündə sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absəidov və məşqi Rövşən Hacıyevin rəhbərliyi ilə çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcəklər.
Rəqabətin 3 və 4-cü günlərində gənc qızlarda qaliblər müəyyənləşəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Zelfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Varantsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) mübarizə aparacaqlar.
Son yarış günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətinə Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) daxildirlər.
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcəklər.