- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilərin Avropa birinciliyi sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, yarışın 5-ci günündə “sərbəstlər” mübarizə aparıblar. Millimiz 1 qızıl və 2 bürünc medal qazanıb.
Murad Süleymanov (74 kq) bütün rəqiblərinə qalib gəlib. Əliabbas Rzazadə (50 kq) və Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) 3-cü yerə çıxıblar.