- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
27 noyabr – 2 dekabrda Tehranda gənc sərbəst və yunan-Roma güləşçiləri arasında “Şəhidlər kuboku” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda yarışında Dünya Güləş Birliyinin qəbul etdiyi yeni çəki dərəcələri olacaq.
27-28 noyabrda “klassiklər”də məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Həsən Məmmədli (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov (82 kq), Arif Niftullayev (87 kq), Tehran Əminzadə (97 kq) və Cavid Feyziyev (130 kq) mübarizə aparacaqlar.
“Sərbəstlər”də rəqabət dekabrın 1-2-də baş tutacaq. Böyük məşqçi Saypulla Absəidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Əsgər Məmmədəliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Mahal Novruzov (65 kq), Davud İbrahimov (70 kq), Qurban Qurbanov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Cavid Sadıqov (97 kq) və Umar İsrailov (125 kq) güləşəcəklər.
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edəcək.